Futbol üzrə Latviya 1-ci liqasında XII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Valmieras" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb - 2:1. Azərbaycanlı oyunçuların hər ikisi start heyətdə meydana çıxıb və sonadə mübarizə aparıb. Komandasının hər iki qolunu Əsgərov vurub. O, görüşün 28-ci dəqiqəsində hesabı açıbsa, 82-ci dəqiqədə də qələbə qoluna imza atıb.
Qeyd edək ki, geridə qalan turlarda 19 xal toplayan "Olayne" 15 klub arasında 7-ci pillədə qərarlaşıb.
Fanat.az