Azərbaycan yığması bolqarlara məğlub oldu

Azərbaycan yığması bolqarlara məğlub oldu

Aprelin 25-də Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların dördüncü dünya çempionatına start verilib.

Fanat.Az xəbər verir ki, D qrupunda yer alan Azərbaycan millisi də ilk matçına çıxıb.

Komandamız ilk yarış günündə Bolqarıstan yığması ilə qarşılaşıb. Görüş 29:19 hesabı ilə bolqarların xeyrinə başa çatıb.

Xatırladaq ki, çempionat aprelin 30-dək davam edəcək. Azərbaycan yığması növbəti matçını Nigeriyaya qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər