Azərbaycan İslamiadada daha iki medalı təmin etdi

Azərbaycan İslamiadada daha iki medalı təmin etdi

Azərbaycanın Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti medalları qazanıb.

Fanat.Az xəbər verir ki, qadın taekvondoçular Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, ölkəmiz yarışın ilk 5 günü ərzində 3 medal qazanıb. Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopello (atletika, üç təkanla tullanma) gümüş və Həşim Məhəmmədov (taekvondo) bürünc mükafata sahib çıxıb. Bu nəticə ilə Azərbaycan komandası medal sıralamasında 9-cu yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər