"Azarkeşlərsiz futbol qoca kişilərin oyununa bənzəyir" - Müller

"Azarkeşlərsiz futbol qoca kişilərin oyununa bənzəyir" - Müller
"Bavariya"nın hücumçusu Tomas Müller Bundesliqanın bərpası haqda danışıb.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Müller azarkeşlərsiz keçirilən oyunları qocaların futbolu ilə müqayisə edib: 
"Azarkeşlərsiz futbol qoca kişilərin oyununa bənzəyir. Saat 19:00, projektorlar... - atmosferi nəzərdə tuturam. Lakin top hərəkət etməyə başlayan kimi bütün diqqətimizi oyuna yönəltdik.
Avqust ayında oynanılan mövsümün ilk matçları kimi, görüşdən əvvəl müəyyən tərəddüdlərimiz var idi. Amma şəxsən mən işlərin qaydasında gedəcəyindən əmin idim. Oyundan öncə hər şey açıq şəkildə izah edilmişdi. Bizim kimi, "Union Berlin" də hazırlıqlı idi. Start fitindən əvvəl bir-birimizin əlini sıxmadıq".
Qeyd edək ki, "Bavariya" səfərdə "Union Berlin"i 2:0 hesabı ilə məğlub edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər