UEFA prezidenti Aleksander Çeferin koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətin tezliklə dəyişəcəyini və azarkeşlərin qısa müddət ərzində tribunalara qayıdacağını düşünür.
Fanat.Az xəbər verir ki, sloveniyalı funksioner "The Guardian"a müsahibəsində qeyd edib:
"Bu virusun sonsuzadək davam edəcəyinə inanmıram. Məncə, vəziyyət çoxlarının düşündüyündən daha tez bir zamanda düzələcək. Bu, ciddi situasiyadı, amma indi ümumi tempdə azalma müşahidə olunur və insanlar daha diqqətlidilər. Artıq virus haqda çox şey bilirik. Şəxsən mən nikbinəm. İkinci, üçüncü və ya beşinci "dalğa"ları gözləməli olduğumuz haqda çıxan apokaliptik fikirləri bəyənmirəm.
Səlahiyyətlilərin tövsiyələrini yerinə yetirəcəyik. Bununla belə, şəxsən mən tam əminəm ki, azarkeşlərin tribunalarda olduğu köhnə və gözəl futbol tezliklə qayıdacaq".
Fanat.Az