Braziliyada keçirilən U-20 çempionatının yarımfinalında baş tutan "San Paulo" - "Palmeiras" matçı insidentlə yadda qalıb.
Fanat.Az xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində komandası 0:1 geridə olan "San Paulo" azarkeşi bıçaqla "Palmeiras"ın futbolçularına hücum edib.
Xoşbəxtlikdən xəsarət alan olmayıb. Soyuq silahlı şəxsi "San Paulo"nun futbolçuları zərərsizləşdirib.
Qeyd edək ki, "San Paulo"nu sabiq "Fənərbağça"lı Aleks çalışdırır.
Brezilya’da U-20 Şampiyonası #Copinha2022 yarı finali Sao Paulo x Palmeiras karşılaşmasının son dakikalarında bir Sao Paulo taraftarı elinde bıçakla Palmeiras'lı oyunculara saldırdı. pic.twitter.com/vDRn79VFQS
— Cansel Kemiksiz (@canselkemiksiz) January 23, 2022