Ötən həftə “Rəvan”la keçirilən oyunda zədələnərək meydançanı tərk edən AZAL-ın futbolçusu Kamal Mirzəyev üçün mövsümü bitmiş saymaq olar.
Fanat.az xəbər verir ki, həkim müayinəsində keçirilən yarımmüdafiəçi çempionatın sonuna qədər məşqlərə çıxa bilməyəcək. Sağ ayagının pəncə sümüyündə çat aşkar olundugu üçün Kamalın ayagı gipsə salınıb. Klub həkimlərinin bildirdiyinə görə futbolçu yalnız 3 həftədən sonra gipsdən azad olunacaq.
Fanat.az