AZAL-dan ayrılan Valeri Kutsenkonun yeni iş yeri müəyyənləşib. Fanat.az хəbər verir ki, ukraynalı futbolçu "Çernomorets"ə keçib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 29 yaşlı yarımmüdafiəçi yeni klubunda 20 nömrəli formanı geyinəcək.
O, artıq "Çernomorets"də debüt edib. Ukrayna çempionatının II turunun "Dnepr"lə oyununda start heyətində yer alan yarımmüdafiəçi 90 dəqiqə oynayıb.
Qeyd edək ki, AZAL-a bu ilin əvvəlində gələn Valeri 16 rəsmi oyunda 2 qol vurub. O, əvvəllər Ukraynanın "Dnepr", "Obolon", "Krivbas", "Vorskla", Belarusun "Dinamo" (Brest), "Minsk" və Latviyanın "Dauqava" klublarında forma geyinib.
Fanat.az