AZAL-ın futbolçusu Kiyevə gedir

AZAL-ın futbolçusu Kiyevə gedir
Topaz Premyer Liqasının XXV turunda "Neftçi" ilə oyunda agır zədə alan AZAL-ın futbolçusu Tagim Novruzov əməliyyat olunacaq. 
Fanat.az xəbər verir ki, həkimlərin sağ diz oynağının ön çarpaz bağlarının tam qopması diaqnozu qoydugu futbolçu iki gün sonra Kiyevə yollanacaq. 
Klub rəhbərliyi əməliyyat üçün bütün təşkilati işləri artıq başa çatdırıb. Kiyevin "Doktor Linko” klinikası ilə müqavilə bağlanılıb və aprelin 14-də Tagim əməliyyat masasına uzanacaq. 
Qeyd edək ki, Novruzovun aprelin 19-da Bakıya qayıdacağı gözlənilir.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər