AZAL-ın futbolçusu əsgər gedir

AZAL-ın futbolçusu əsgər gedir

AZAL daha bir futbolçu ilə yollarını ayırıb. Bu barədə "Report"a klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.

O, bildirib ki, yarımmüdafiəçi Ruslan Nəsirli bundan sonra "təyyarəçilər"in düşərgəsində yer almayacaq: "Ruslanın həqiqi hərbi xidmət vaxtı çatıb və onunla yollar ayrılıb. O, MOİK-də çıxış etməlidir".

F.Hüseynov Иraziliyadan olan 2 futbolçu ilə danışıqlar aparıldığını da deyib: "Onlar qış təlim-məşq toplanışı zamanı komandanın düşərgəsinə qoşulacaqlar. Baş məşqçi Tərlan Əhmədovun etimadını qazanacaqları təqdirdə, "sambaçılar"la müqavilə imzalanacaq". 

Qeyd edək ki, AZAL Ruslan Nəsirlidən əvvəl müdafiəçilər Brayn Fok, Adan Koronada, Qvanzav Maqomedov, yarımmüdafiəçi Taqim Novruzov, hücumçular David Canelidze və Mirzağa Hüseynpurla yollarını ayırıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər