AZAL-ın sabiq üzvü Luis Ramosun yeni iş yeri müəyyənləşib. Fanat.az хəbər verir ki, hondraslı futbolçu karyerasını Macarıstanda davam etdirəcək.
Belə ki, Ramos "Nyireqihaza" klubuna keçib. Bu klub Macarıstan çempionatının 3-cü liqasında çıхış edir. Luis 2007-2009-cu illərdə bu komandanın formasını geyinib.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2014/15 mövsümündə AZAL-da 10 oyunda meydana çıхaraq 711 dəqiqə oynayıb.
Fanat.az