Ayaqqabı oğurlayan futbolçu həbs olundu

Ayaqqabı oğurlayan futbolçu həbs olundu

Fransanın "Bordo" klubunun gənc futbolçularından biri həbs olunub. 

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, adı açıqlanmayan oyunçu oğurluqda ittiham olunur. 

O, komandasının paltardəyişmə otağından ayaqqabı oğurlayıb. Eyni hal bir neçə dəfə təkrarlanıb. Faktın üstünü isə onun keçmiş sevgilisi açıb. O, bu barədə futbolçunun komanda yoldaşlarına məlumat ötürüb. Gənc futbolçunun oğurladığı ayaqqabıları internet üzərindən satdığı məlum olub. Mirağa   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər