"Ayaks"ın həbs olunan futbolçusu azadlıqda

"Ayaks"ın həbs olunan futbolçusu azadlıqda
"Ayaks"ın futbolçusu Kvinsi Promes sərbəst buraxılıb.
Fanat.Az xəbər verir ki, ailə üzvlərindən birinə bıçaqla hücum etməkdə ittiham olunan 28 yaşlı hücumçunun işi üzrə istintaq prosesi isə davam etdiriləcək.
İddiaya görə, insident bu ilin iyulunda Niderlandın paytaxtı Amsterdamda ailəvi məclis zamanı baş verib. Hadisə nəticəsində bir nəfər ağır yaralanıb və dizindən ciddi xəsarət alıb. Zərərçəkmiş 1 ay öncə polisə müraciət edib. Bundan sonra araşdırma başlayıb və forvard həbs edilib.
Niderlandda bu cür cinayət hadisəsinə görə 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər