"Ayaks"ın futbolçusu həbs olundu - SƏBƏB

"Ayaks"ın futbolçusu həbs olundu - SƏBƏB
"Ayaks"ın futbolçusu Quinsi Promes saxlanılıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Fox Sports"a Amsterdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Klub mövzu ilə bağlı danışmağın tez olduğunu bildirib: "Bir hadisədə günahlandırılırsınızsa, bu, onu etdiyiniz anlamına gəlmir".
Qeyd edək ki, Quinsi Promes Niderlandda ailə üzvlərindən birinə bıçaqla xəsarət yetirməkdə ittiham edilir. O, iyul ayında mübahisə zamanı ailə üzvlərindən birini ağır yaralayıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər