Avtobus qəzaya uğradı, futbolçular ölümdən döndü

Avtobus qəzaya uğradı, futbolçular ölümdən döndü

Latviyanın elita təmsilçilərindən olan RFS-in futbolçu və məşqçi heyəti ölümdən dönüb.

Fanat.Az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə şənbə günü, axşam saatlarında qeydə alınıb.

Belə ki, komanda Finlandiyanın paytaxtı Helsinkidə keçirdiyi sınaq matçından qayıdarkən klubun avtobusu Riqanın 40 kilometrliyində aşıb. Xoşbəxtlikdən qəzada həyatını itirən olmayıb. Adları açıqlanmayan 2 futbolçu və RFS-in əməkdaşlarından biri ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. Futbolçulardan birinin isə burnu qırılıb. Digər oyunçuların yüngül xəsarətlər aldığı bildirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər