Avstriyalı futbolçular Toral Bayramovun qaçırdığı qol epizodu haqda danışdılar

Avstriyalı futbolçular Toral Bayramovun qaçırdığı qol epizodu haqda danışdılar

Avstriya yığmasının üzvləri – Nikolas Zayvald və Saşa Kalayciç AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri səfər oyunundan danışıblar.

Fanat.Az xəbər verir ki, onlar matçın sonlarında millimizin üzvü Toral Bayramovun fərqlənə bilmədiyi epizodu şərh ediblər:

Nikolas Zayvald: “Həmin epizodda bəxtimiz gətirdi. Onu qapımız önündə nəzarətsiz dayanan şəkildə gördükdə, qolun olmaması üçün dua etməyə başladım. Onun zərbəsinin dirəyə tuş gəlməsi inanılmaz rahatlıq verdi. Amma istənilən halda, biz uğuru haqq etmişdik”.

Saşa Kalayciç: “Yəqin ki, Azərbaycan millisinin futbolçusu topu artıq torda görürdü. Hamımız şokda idik. O, gözlənilmədən qapının önündə peyda oldu. Heç birimiz bunun necə baş verdiyini anlaya bilmədik. Onun əlverişli şansdan yararlana bilməməsinə görə çox şadam”.

Xatırladaq ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda millimizə qalib gələn Avstriya yığması xallarının sayını 16-ya çatdırmaqla Avropa çempionatına vəsiqəni rəsmiləşdirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər