Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı

Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı
Avstriyanın "Austriya" (Klaqenfurt) klubu Azərbaycan U-21-nin üzvü Barış Ekincierlə yollarını ayırıb. 
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Barış Ekincier müqavilə ilə Almaniyanın "Bohum" klubuna məxsusdu və Avstriya təmsilçisində icarə əsasında çıxış edirdi. 21 yaşlı yarımmüdafiəçi iyunun 1-də "Bohum"a qoşulacaq. 
"Austriya" bütün futbolçuların imzaladığı formanı Barış Ekincierə təqdim edib. 
Futbolçu klubun rəsmi saytına açıqlamasında "Təəssüf ki, işlər hər iki tərəfin ümid etdiyi kimi getmədi. Ancaq komandada özümü çox rahat hiss edirdim" deyib.
Qeyd edək ki, Barış Ekincierin "Bohum"la müqaviləsi 2022-ci ilin yayında başa çatır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər