Avropanın ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

Avropanın ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

2016/2017 mövsümündə Avropanın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Fanat.Az UEFA-ya istinadən xəbər verir ki, qalib olmaq uğrunda 3 futbolçu mübarizə aparacaq.

Bunlar “Yuventus”un italiyalı qapıçısı Canluici Buffon, “Barselona”nın argentinalı kapitanı Lionel Messi və “Real Madrid”in portuqaliyalı hücumçu Kriştiano Ronaldodur.

Qalibin adı avqustun 24-də Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı açıqlanacaq.

Qeyd edək ki, 2015/2016 mövsümündə Avropanın ən yaxşı futbolçusu Kriştianu Ronaldo seçilib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər