Müqavilə ilə "Malmö"yə məxsus olan, son mövsümü icarə əsasında Fransa klubu "Ordo"da keçirən Bosniya və Herseqovinadan olan futbolçu Anel Ahmedoviçin təklifləri bol olsa da, o, ilk növbədə şəxsi həyatında yenilik etməyi lazım bilib.
Fanat.Az xəbər verir ki, 23 yaşlı stopper İsveçdə sevgilisi Mariyana Ceciliya Maşiç ilə evlənib.
Malmö şəhərində doğulmasına baxmayaraq, Anel şəriət qaydaları ilə nigah qurub.
Futbolçu bundan bir neçə gün əvvəl Yunanıstanın Santorini adasında sevgilisi ilə tətildə olarkən ona evlilik təklif etmiş və çəkilən şəkilləri "Instagram"da paylaşmışdı.
"Şefflid Yunayted"in yaxından maraqlandığı Ahmedoviçin sevgilisi Danimarkada yaşayan və Monteneqrodan olan qızdır. Mirağa