Avropa nəhəngləri 17 yaşlı futbolçunu istəyir

Avropa nəhəngləri 17 yaşlı futbolçunu istəyir
"Monako"nun 17 yaşlı futbolçusu Avropa nəhənglərinin maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, böyük klublar Kilian Mbappeni heyətinə qatmaq üçün mübarizə aparır.
Məlumata görə, "Real", "Bavariya", "Çelsi", "Mançester Yunayted", PSJ və "Arsenal" bu futbolçunu heyətinə qatmağa çalışır. "Monako" isə hələlik səssizliyini qoruyur.
Qeyd edək ki, Kilian Mbappe "Monako"nun yetirməsidi. Klubun əvəzedici heyətində çıxış edən gənc futbolçu bu mövsümdən əsas komandaya da cəlb olunur. O, "Monako"nun əsas heyətində Liqa 1-də, Fransa Kubokunda və Avropa Liqasında 6 oyuna çıxaraq 234 dəqiqə oynayıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər