AVRO-2020: İngiltərə - Danimarka matçının ən yaxşı futbolçusu açıqlandı

AVRO-2020: İngiltərə - Danimarka matçının ən yaxşı futbolçusu açıqlandı
AVRO-2020-nin yarımfinal mərhələsi çərçivəsində keçirilmiş İngiltərə - Danimarka matçının ən yaxşı futbolçusu müəyyənləşib.
 
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə yığmasının 27 yaşlı hücumçusu Harri Keyn bu görüşün ən yaxşısı seçilib.
 
İngiltərə millisinin qələbə qolunu matçın 104-cü dəqiqəsində Keyn vurub.
 
Qeyd edək ki, İngiltərə - Danimarka matçının əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda daha bir qol vuran ingilislər finala yüksəliblər. Birtaniyalılar həlledici oyunda İtaliya ilə üz-üzə gələcəklər.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər