Asiyada oynayan ən yaxşı futbolçular

Asiyada oynayan ən yaxşı futbolçular
İdman analitika şirkəti "İnStat” 2018-ci ildə Asiyada çıxış edən ən yaxşı futbolçuları müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, Çinin "Quançjou Everqrand" klubunda çıxış edən Anderson Taliska 316 xal toplayaraq birinci olub. 
Bu ölkənin "Şanxay SİPQ" klubunda forma geyinən braziliyalı Oskar 305 xalla ikinci, Yaponiyanın "Vissel Kobe" klubunun üzvü Andres İnyesta 304 xalla üçüncü yeri tutub. 
303 xal yığan braziliyalı Halk ("Şanxay SİPQ", Çin) 4dördüncü, 300 xal toplayan Conatan Viera (Pekin Quan) beşinci olub.
 
Asiyada oynayan ən yaxşı futbolçular 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər