Arvadına xəyanət edən ən məşhur futbolçular - FOTOLAR

Arvadına xəyanət edən ən məşhur futbolçular - FOTOLAR
Dünyanın məşhur futbolçuları adətədən ən gözəl qadınlarla birlikdə olur. Amma bəzən bu onlar üçün yetərli olmur və həyat yoldaşlarına, sevgililərinə xəyanət edirlər. Fanat.Az xanımına xəyanət etmiş məşhur futbolçuları təqdim edir.
1. Con Terri
Arvadına xəyanət edən ən məşhur futbolçular - FOTOLAR
Con Terrinin 2010-cu ildə komanda yoldaşı Ueyn Bridgenin sevgilisi Vanessa Perronkellə birlikdə olduğu üzə çıxmışdı. Futbolçu fransız alt paltarı mankeni ilə münasbətlərini gizlətməyə çalışsa da, buna nail olmamışdı. Onun bu əməli ifşa olunduqdan sonra fanatları futbolçudan üz döndərmişdi.
2. Ueyn Runi
Arvadına xəyanət edən ən məşhur futbolçular - FOTOLAR
"Mançester Yunayted"in kapitanı Ueyn Runi klubuna sadiq qalsa da, həyat yoldaşına sadiq qalmayıb. Ulduz futbolçunun adı 2010-cu ildə seks qalmaqalına qarışmışdı. Adı Cennifer Tompson olduğu bildirilən fahişəyə hər görüş üçün 1000 funt-sterlinq ödəyən Runinin həyat yoldaşı həmin vaxt hamilə idi. Amma cütlük bu hadisəyə görə boşanmadı və indiyədək evlilikləri davamedir.
3. Rayan Giqqz
Arvadına xəyanət edən ən məşhur futbolçular - FOTOLAR
Rmyan Giqqz meydandakı uğurlarını şəxsi həyatında davam etdirə bilməyən futbolçulardandı. Qardaşının həyat yoldaşı Nataşa Giqqzlə 8 il gizli münasibətdə olan veteran futbolçunun sirri ifşa olunduqdan sonra böyük qalmaqal yaranmışdı. Rayan qardaşı Rodri Giqqzdən üzr istəməli olmuşdu. Amma qardaşı onu bağışlamadı.
4. Royston Drente
Arvadına xəyanət edən ən məşhur futbolçular - FOTOLAR
Bir vaxtlar "Real"da oynayan Royston Drente hazırda BƏƏ-nin "Baniyas" klubunda forma geyinir. Onun karyerasındakı bu enişin səbəbi olaraq həyat yoldaşına xəyanət etməsi göstərilir. Futbolçu arvadı ikinci uşaqlarına hamilə olarkən onu manken Malena Qrasia ilə aldatmışdı. Bu barədə məlumat yayılandan sonra karyerası alt-üst olan Drente bir daha özünə gələ bilməmişdi.
5 Tyerri Anri
Arvadına xəyanət edən ən məşhur futbolçular - FOTOLAR
"Arsenal"n əfsanəsi Tyerri Anri 2003-cü ildə manken Klayre Merri ilə evlənmişdi. 2007-ci ildə isə həyat yoldaşını makiaj ustası Sadi Hevlettlə aldatdığı ortaya çıxmışdı. Boşanmaq üçün məhkəməyə müraciət edən Klayre Merri 8 milyon funt-sterlinq tələb etmiş və istəyinə nail olmuşdu.
6. Eşli Koul
Arvadına xəyanət edən ən məşhur futbolçular - FOTOLAR
Eşli Koulla Sarli Fernandes İngiltərədə hamıya örnək cütlüklərdən hesab olunurdu. Amma 2008-ci ildə onların münasibətləri kəskin şəkildə dəyişməyə başladı. Eşli həyat yoldaşını Brooke Heali və Koralia Robinson adlı iki modellə yanaşı, saç ustası Ayme Valtonla da aldatmışdı. 
7. Frank Riberi, Kərim Benzema, Sidney Qovu
Arvadına xəyanət edən ən məşhur futbolçular - FOTOLAR
Fransa millisinin üzvləri Frank Riberi, Kərim Benzema və Sidney Qovu 2010-cu ildə yetkinlik yaşına çatmamış fahişə Zahia Deharla birlikdə olmaqda suçlanmışdı. Həmin vaxt Dehar 17 yaşında olub. Məhkəmə sənədlərinə görə Riberi hər görüş üçün qıza 2 min funt-sterlinq ödəyib. 
8. Patrik Evra
Arvadına xəyanət edən ən məşhur futbolçular - FOTOLAR
Hazırda "Yuventus"da forma geyinən Patrik Evra "Mançester Yunayted"də oynadığı zaman həyat yoldaşına "Playboy" mankeni Varla Hove ilə aldatmışdı. Aylarca mesajlaşan və telefonla danışan futbolçu və manken Parisdəki bir oteldə yaxalanmışdı. Bu hadisə böyük qalmaqala səbəb olmuşdu. Hove açıqlamasında futbolçunun ona evli olduğunu demədiyini bildirmişdi.
9. Oliver Qiroud
Arvadına xəyanət edən ən məşhur futbolçular - FOTOLAR
Oliver Qiroud 2011-ci ildə evlənsə də, bu onun manken Selia Kay ilə münasibət qurmağına mane olmamışdı. "Arsenal"ın "Kristal Palas"la keçirəcəyi matçdan öncə Kayla oteldə görüntülənən Oliver həyat yoldaşından, fanatlarından və komanda yoldaşlarından üzr istəməli olmuşdu.
10. Məsut Özil
Arvadına xəyanət edən ən məşhur futbolçular - FOTOLAR
2014-cü ildə "Bavariya"nın keçmiş futbolçusu Kristian Lell sevgilisi Melani Rikkingerin Məsut Özillə birlikdə olduğunu iddia etmişdi. Lell olayı anlatdığı sırada Rikkinger və Özili ilana bənzətmişdi. Futbolçu sevgilisi və Məsutun "whatsapp" mesajlarını ələ keçirmişdi. Melani bundan sonra Özillə münasibətlərini etiraf etmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər