Arteta yeni kapitan barədə: "Futbolçuların qarğışı onu tutmayacaq"

Arteta yeni kapitan barədə: "Futbolçuların qarğışı onu tutmayacaq"

Bu gün İngiltərə Premyer Liqasının  24 turu çərçivəsində "Arsenal" "Vulverhempton"la qarşılaşacaq. 

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, "topçular"ın fransız futbolçusu Aleksandr Lakazet meydana kapitan olaraq çıxacaq. 

Bu barədə klubun baş məşqçisi Mikel Arteta məlumat verib: "Elə də gözlənilməz xəbər deyil. Başqa kim olacaqdı? Bu dəfə seçimim o qədər də təhlükəli olmaya bilər. Lyaka tezliklə klubdan ayrılacaq. Ona görə də kapitan olmağa can atan digər futbolçuların qarğışı ona təsir etməyəcək.

Gələcəkdə kapitanı kim ola bilər? Qabriel ola bilər. O, müdafiəyə cavabdehdir. İngilis dilini təkmilləşdirsə, daha yaxşı olar. 

Ben Uayt... O, daha sakitdir, amma oyununa görə liderlik keyfiyyətləri var. 

Lokonq isə bir dəfə kapitanlıq sarğısını taxıb. Ona görə də gələcəkdə kapitan ola bilər.” 

Xatırladaq ki, hazırda "Arsenal" 36 xalla Premyer Liqanın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər