Arteta Jezusdan danışdı: "Zirvədə qalmağımıza kömək edəcək başqa futbolçu varmı?"

Arteta Jezusdan danışdı: "Zirvədə qalmağımıza kömək edəcək başqa futbolçu varmı?"

"Arsenal"ın baş məşqçisi Mikel Arteta dünya çempionatında zədələnən braziliyalı yarımmüdafiəçisi Qabriel Jezusun zədəsi haqda danışıb.

Fanat.Az xəbər verir ki, "Sky Sports" mütəxəssisinin bu haqda dediklərini belə çatdırıb:

“Onun qayıdış tarixi məlum deyil. Bilirik ki, onun dizində bir növ müdaxiləyə ehtiyacı var. Onun durumunu gündən-günə, həftədən-günə izləməli olacağıq.

Transfer pəncərəsində dəyişiklik? Bu barədə düşünmək belə çox təsiredicidir. Çünki o, bizim üçün çox dəyərlidir. Jezusun nə vaxt qayıdacağını biləndə, variantlara baxıb düzgün qərar verməyə çalışacağıq.

Namizəd futbolçular var. Sual budur ki, ehtiyac duyduğumuz səviyyədə və intensivlikdə, olduğumuz yerdə qalmağımıza kömək edəcək oyunçu varmı?"

Qeyri-rəsmi məlumatlara görə, Qabriel Jezus 3 ay yaşıl meydanlarda görünməyəcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər