"Arsenal"ın müdafiəçisi Ektor Belyerin karyerasını Fransada davam etdirə bilər.
Fanat.Az "A Bola"ya istinadən xəbər verir ki, PSJ Belyerinlə maraqlanır. Paris klubu 25 yaşlı futbolçuya görə 30 milyon avro ödəməyə hazırdı.
Belyerin "Barselona"nın yetirməsidi. İspan oyunçu 2011-ci ildə "Arsenal"a qoşulub.
Cari mövsümdə 16 matçda meydana çıxan Belyerinin aktivində 1 qol, 2 məhsuldar ötürmə var. Onun "topçular"la olan müqaviləsi 2023-cü ildə başa çatır.
Fanat.Az