"Arsenal"dan ayrıldıqdan sonra işsiz qalan Arsen Venger yenidən fəaliyyətə başlayacaq.
Faant.Az xəbər verir ki, bu barədə fransalı mütəxəssis özü məlumat verib.
"Məni qısa müddət ərzində yenidən futbol dünyasında görəcəksiniz. Amma yeni işimin baş məşqçi olub-olmayacağımı bilmirəm. Komanda çalışdırmaq üçün darıxdığımı düşünürdüm. Amma uzaqlaşdıqca bu vəziyyətin mənə həzz verdiyini gördüm. İndi dönüş ərəfəsindəyə. Futbol mənim sevgimdi, hansı vəzifə olursa-olnsun, geri dönəcəm" deyə Venger bildirib.
Qeyd edək ki, 1996-ı ildən "Arsenal"a başçılıq edən fransalı mütəxəssis 2018-ci ilin yayında istefa verib.
Fanat.Az