"Udineze"nin və Argentina millisinin müdafiəçisi Nauel Molina karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, cənubi amerikalı "Atletiko Madrid"lə müqavilə bağlamaq üzrədir.
Tərəflərin transferin detalları ilə bağlı razılığa gəldikləri və yaxın vaxtlarda keçidin elan ediləcəyi vurğulanıb. "Atletiko"nun İtaliya klubuna təxminən 20 milyon avro ödəyəcəyi bildirilib.
Qeyd edək ki, Molina 2020-ci ildən "Udineze"dədir. Son mövsümdə ağ-qara forma ilə ümumilikdə 37 matça çıxan argentinalı 8 qol və 5 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Nihat