Argentina millisinin sabiq müdafiəçisi Nikolas Burdisso butslarını mıxdan asmağa qərar verib.
Fanat.Az-ın məlumatına görə, səbəbkar "İnstaqram”dakı hesabında belə yazıb:
"Karyeramı başa vurmağın vaxtı çatdı. Bu səyahət müddətində məni dəstəkləyən hər kəsə minnətdaram”.
37 yaşlı Nikolas karyerasına 1999-cu ildə yetirməsi olduğu "Boka Xuniors”da başlayıb. Arxa xətt oyunçusu 5 il ölkəsində top qovduqdan sonra 2004-cü ildə İtaliya "İnter”inə yollanıb. Milan təmsilçisində keçirdiyi 5 ildə 4 dəfə İtaliya çempionu olan müdafiəçi 2009-cu ildə "Roma”ya keçib. 5 il də "canavarlar"ın uğurları üçün çalışan Burdisso 2014-də "Cenoa”ya üz tutub. Nikolasın son iş yeri 2017/18 mövsümündə şərəfini qoruduğu "Torino” olub. Argentina yığmasında 49 oyun keçirən Burdisso 2 qol vurub.
Fanat.Az