Argentinalı futbolçu 23 yaşında öldü

Argentinalı futbolçu 23 yaşında öldü

Argentinalı futbolçu Ezekiel Esperon ehtiyatsızlığın qurbanı olub.

 

Fanat.Az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu binanın 6-cı mərtəbəsindən yıxılıb. Təcili xəstəxanaya aparılan oyunçunun həyatını xilas etmək mümkün olmayıb.

Faciə oktyabrın 6-da, saat 3 radələrində baş verib. Dostları ilə birlikdə binanın balkonunda partidə olan Esperon, ehtiyatsızlıqdan yerə yıxılıb və vəfat edib.

Ezekiel Meksikanın "Atlante” klubunda forma geyinirdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər