Ardanın yerinə bu futbolçu gələcək

Ardanın yerinə bu futbolçu gələcək

"Barselona" Çin klublarından cəlbedici təkliflər alan Arda Turanın yerinə oyunçu axtarışına başlayıb. Fanat.Az xəbər verir ki, artıq ilk namizədin adı bəllidi.

"El Mundo Deportivo"nun məlumatına görə, Kataloniya klubunun hədəfindəki ilk futbolçu Bernardo Silvadı. Bu mövsüm "Monako"dakı çıxışı ihə diqqətləri üzərinə çəkən portuqaliyalı ulduzla Arda gedəcəyi halda danışıqlar başlayacaq.

Qeyd edək ki, Bernardo Silva 2015-ci ilin yanvarında "Benfika"dan "Monako"ya 15,75 milyon avroya transfer olunub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər