Aqil Məmmədov iki futbolçunu bağışladı

Aqil Məmmədov iki futbolçunu bağışladı
Topaz Premyer Liqasının son turunda "Zirə" ilə qarşılaşan (1:1) "Sumqayıt" bir günlük istirahəti başa vurub. Fanat.az xəbər verir ki, komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında axşam "Kapital Bank Arena"da "Qəbələ" ilə oyunun hazırlığıa start verib. 
Heyətdə zədəli futbolçu yer almır. Bir müddət əvvəl əvəzedici heyətə göndərilmiş Emin Mehtiyev və Uğur Pamuk da artıq əsas komandaya qaytarılıb.
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu sentyabrın 21-də Qəbələ şəhər stadionunda keçiriləcək və saat 21.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər