APOEL-in baş məşqçisi ilə futbolçusu arasında insident

APOEL-in baş məşqçisi ilə futbolçusu arasında insident
Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Qarabağ”la Bakıda heç-heçə başa çatan oyundan əvvəl Kipr APOEL-nin düşərgəsində problem yaşanıb.
Qonaqların futbolçusu Musa Əl-Tamari 2:2 hesabı ilə başa çatan matçdan bir gün əvvəl reallaşan məşqdə start heyətində yer almayacağını biləndən sonra baş məşqçi Tomas Dolla sərt şəkildə etiraz edib.
Ertəsi gün isə 22 yaşlı iordaniyalı hücumçusu komandanın səhər toplantısına qatılmayıb. Bundan hiddətlənən Doll Tamarini heyətdən kənarlaşdırıb.
Qeyd edək ki, İspaniya təmsilçisi "Sevilya” 3 turdan sonra 9 xalla A qrupunun lideridir. "Qarabağ” 4 xalla 2-ci, Lüksemburq "Düdelanj”ı 3 xalla 3-cü sıradadır. APOEL isə 1 xalla sonuncu yerdədir.("Report”)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər