Ançelotti Vinisiusu Hazarddan güclü futbolçu adlandırdı

Ançelotti Vinisiusu Hazarddan güclü futbolçu adlandırdı

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın hücumçusu Eden Hazardın az oynamasının səbəbini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Marca" nəşri Vinisius Junioru belçikalıdan güclü hesab edən italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:  

“Hazard niyə oynamır? Çünki komanda çox rəqabətlidir. Onun mövqeyində daha üstün futbolçu var - Vinisius. Növbəti mövsümdə klub sərəncamıma kimi verəcəksə, ona güvənəcəyəm”.

Qeyd edək ki, 32 yaşlı Eden Hazard bu mövsüm La Liqada cəmi 3 oyuna çıxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər