Alman futbolçudan yeni rekord

Alman futbolçudan yeni rekord

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Mats Hummels yeni rekorda imza atıb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi buna "Union Berlin”ə 4:2 hesabı ilə qalib gəldikləri Bundesliqanın 7-ci turunun oyununda nail olub.

Bundesliqada 207-ci qələbəsini qazanan təcrübəli oyunçu Dortmund təmsilçisinin sabiq yarımmüdafiəçisi Mixael Sorkun (206) rekordunu qırıb.

“Bayern”in yetirməsi olan Hummels 2008-2016-cı illərdə "Borussiya"da çıxış edib. 2016-2019-cu illərdə Münhen təmsilçisinin formasını geyinən futbolçu 2019-cu ildə yenidən Dortmund klubuna qayıdıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər