Alman futbolçu üçün mövsüm erkən bitdi

Alman futbolçu üçün mövsüm erkən bitdi

Futbol üzrə Almaniya millisinin yarımmüdafiəçisi Yulian Draksler uzun müddətə sıradan çıxıb.

Fanat.Az xəbər verir ki, Portuqaliyanın “Benfika” klubunda çıxış edən 29 yaşlı vinger topuğundan aldığı zədəyə görə əməliyyat olunmaq məcburiyyətində qalıb.

Həkimlər Drakslerin cari mövsümdə bir daha meydana çıxa bilməyəcəyini açıqlayıblar. O, bərpa dönəmini Portuqaliya klubunun düşərgəsində keçirəcək.

Xatırladaq ki, almaniyalı futbolçu müqavilə ilə Fransanın PSJ klubuna məxsusdur. Yarımmüdafiəçi “Benfika”da icarə əsasında çıxış edir. O, bu mövsüm sözügedən komandanın heyətində 18 oyuna 2 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər