Alman futbolçu Rusiya vətəndaşlığını qəbul etdi

Alman futbolçu Rusiya vətəndaşlığını qəbul etdi

Almaniyanın "Şalke" klubunun futbolçusu Roman Noyştedter Rusiya vətəndaşlığını qəbul edib. Rusiya prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.

Bundan sonra 28 yaşlı yarımmüdafiəçi Rusiya yığmasının heyətində çıxış edə biləcək. Baş məşqçi Leonid Slutskiy şans verəcəyi təqdirdə, Noyştedter yığma ilə birgə Fransada keçiriləcək Avropa çempionatında iştirak edə biləcək.

Qeyd edək ki, Roman Noyştedter 2012-ci ildən "Şalke"də çıxış edir. ("Report")

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər