Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

Mayın 15-də “Atalanta” və “Yuventus” komandalarının qarşılaşdığı İtaliya Kubokunun final oyunu keçirilib. 

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, 1:0 hesablı minimal hesabla qalib gələn "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri üçün bu, karyerasında qazandığı 5-ci İtaliya Kuboku olub. 

Təcrübəli mütəxəssis bu qənimətlərin hamısını Turin klubunun çalışdırıcısı kimi - 2015, 2016, 2017, 2018 və 2024-cü illərdə qazanıb.

Beləliklə, Alleqri məşqçilər arasında İtaliya Kubokunda ən çox qələbə qazanan rekordçu olub. Sven-Eran Eriksson və Roberto Mançini hərəyə dörd dəfə kubok qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər