Alim Nəbiyev ilk MMA döyüşünü nokautla qazandı

Alim Nəbiyev ilk MMA döyüşünü nokautla qazandı

Yeddiqat dünya, üçqat Avropa çempionu Alim Nəbiyev MMA-da ilk döyüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, Bakıda keçirilmiş yarışda onun rəqibi iranlı Nezhad Vahid olub.

Döyüşün taleyi birinci raundda həll olunub. A.Nəbiyev rəqibini nokautla məğlub edərək, MMA karyerasına qələbə ilə start verib.

Nəbiyev növbəti dəfə oktyabrın 25-də Batumidə keçiriləcək “Grand Bellagio” turnirində rinqə çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər