Çalhanoğlunun başı dərdə düşdü- Futboldan uzaqlaşdıldı

Çalhanoğlunun başı dərdə düşdü- Futboldan uzaqlaşdıldı

FİFA “Trabzonspor”un şikayətini təmin edib. Fanat.Az xəbər verir ki, 2011-ci ildə Trabzon təmsilçisiylə müqavilə imzalayan və anlaşmanın şərtlərinə əməl etməyən Hakan Çalhanoğluyla bağlı aparılan araşdırmalar futbolçuya baha başa gəlib.

Artıq İdman Arbitraj Məhkəməsi (CAS) FİFA-nın “Bayer”in türk yarımmüdafiəçisinə verdiyi 4 aylıq futboldan uzaqlaşdırılma cəzasını təsdiqləyib. Məlumat Leverkuzen klubunun rəsmi saytında da əksini tapıb.

 

Bu müddətdə heç bir rəsmi matça çıxmayacaq Çalhanoğlu eyni zamanda  100 min avro xərcə düşəcək. Pul təzminat şəklində “Trabzonspor”a ödəniləcək.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər