"Qarabağ"ın sabiq oyunçusu Ansi Aqolli də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktına biganə qalmayıb.
Fanat.Az xəbər verir ki, 38 yaşlı alban futbolçu bununla bağlı özünün "Instagram" səhifəsində paylaşım edib.
Aqolli üzərində "Ganja Strong! və Pray for Ganja" ("Gəncə güclüdür" və "Gəncə üçün dua edin") sözləri yazılmış foto paylaşıb.
Qeyd edək ki, Ansi Aqolli 2012-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Alban futbolçu hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edir.