AK: "Kür" islandlarla ilk dueldə məğlib oldu

AK: "Kür" islandlarla ilk dueldə məğlib oldu

Avropa kubokunda mübarizə aparan kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki,  təmsilçimiz 3-cü mərhələnin ilk görüşündə İslandiyanın “Haukar” klubu ilə qarşılaşıb.

“Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutan qarşılaşmada nominal meydan sahibi statusunda çıxış edən islandlar qələbəni bayram ediblər. Komandalar fasiləyə məhsuldar heç-heçə yollansalar da, rəqib ikinci hissədə daha yaxşı çıxış edib. Matç 30:25 hesabı ilə başa çatıb.

Qeyd edək ki, sabah eyni arenada keçiriləcək qarşılaşmada “Kür” meydan sahibi olacaq. Oyun saat 17:00-da başlayacaq.

Avropa Kuboku 3-cü mərhələ, ilk oyun 30 noyabr “Haukar” (İslandiya) – “Kür” (Azərbaycan) - 30:25 (13:13) Hakimlər: Dorian Sırbu, Viktor Serdyuk (hər ikisi Moldova) “Kür” Olimpiya İdman-Tədris Mərkəzi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər