AK: "Kür" İslandiya təmsilçisinə qarşı

AK: "Kür" İslandiya təmsilçisinə qarşı

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsi çərçivəsində bu gün İslandiyanın “Haukar” klubu ilə üz-üzə gələcək.

Fanat.Az xəbər verir ki, qarşılaşma Mingəçevirin “Kür” Olimpiya İdman Tədris Mərkəzində baş tutacaq.

Oyun saat 17:00-da başlayacaq. Görüşü moldovalı hakimlər Dorian Sirbu və Viktor Serdiuk idarə edəcək.

Qeyd edək ki, razılaşmaya əsasən komandalar arasında cavab görüşü də sabah Mingəçevirdə keçiriləcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər