İngiltərə Premyer Liqasında çıxış edən "Kristal Palas"ın forvardı Emmanuel Adebayoru ailəsi canından bezdirib. Fanat.az xəbər verir ki, Toqo millisinin üzvü hətta bunun üçün bir neçə dəfə intihara da cəhd edib.
Məsələ burasındadı ki, artıq Adebayor anası Alise Adebayoru evdən qovub. Bacı və qardaşlarından da imtina edib. Futbolçunun ailəsi ilə bağlı ilginc faktları siz də oxuduqdan sonra mütləq ki, "Allah uzaq eləsin" deyəcəksiniz.

Ulduz oyunçu balaca qardaşını məktəbə yazdırmaq üçün anasına yüksək məbləğdə pul verib. Ancaq anası həmin pulu xərcləyib. Bu azmış kimi, Adebayroun anasına iş qurmaq verdiyi üçün pul da yoxa çıxıb.

Hadisələri futbolçu belə şərh edir: "Bacım Yaboya 1,2 milyon dəyərində ev aldım. Ancaq qonaq gedəndə gördüm ki, evi kirayə veriblər. Ögey bacımın da evdən qovulduğunu öyrəndim".

"25 ildir Almaniyada olan qardaşım Kolanın uşaqlarının təhsilini öz üzərimə götürdüm. İş qurması üçün də ona pul verdim. Amma ortada heç bir iş yoxdu".

"Qardaşımız Peter vəfat edəndə Kolaya cənazəyə getməsi üçün pul verdim. Amma o, dəfn mərasiminə gəlmədi".

"Bundan başqa qardaşım "The Sun" nəşrinə pul müqabilində məlumat ötürmüşdü. Təbii ki, bunlar yalan xəbərlər idi. Buna görə klubuma məktub gəldi. Məni komandadan qova bilərdilər".

"Monako"da oynayarkən ailədə daha bir futbolçunun olmasında fayda var dedim. Buna görə balaca qardaşım Rotimini Fransada futbol akademiyasına apardım. Ancaq o, bir neçə aydan sonra 27 futbolçudan 21-nin telefonunu oğurlamışdı".

"Qanada olanda qardaşımın vəziyyətinin yaxşı olmadığını öyrədim. 2 saata Toqoya çadım. Evə gələndə anam onu görə bilməm üçün məndən pul istədi. Nə qədər pul verdiyimi isə Allah bilir. İndidən mən öldüyüm halda mirası necə paylaşacaqlarına da qərar veriblər. Anam mənə hətta cadu da etdirmişdi".

"Bir gün yuxudan oyananda gördüm ki, boğazıma bıçaq dirənib. Bunlar qardaşım Peter və Kola idi. Məni öldürdükdən sonra pulumu ala biləcəklərini söylədim. Məni sərbəst buraxdılar. Bacım İyobo neçə dəfə intihara cəhd etdiyimi çox yaxşı bilir".

"Mark Vivien Foe ilə matç sonrası formalarımızı dəyişdik. Sonradan onun meydanda öldüyünü eşidəndə çox pis oldum. Forma mənə əziz olduğu üçün, onu etibarlı yerdə gizlətdim. Amma Rotimi formanı tapıb satdı".

"Metz"də çıxış edəndə aylıq maaşım 15 min avro idi. Anama təşəkkür üçün 45 min avroluq boyunbağı aldım. Rotimi onu da oğurlayıb 800 avroya satdı".

"Həyatımın ən gözəl günlərindən biri Çempionlar Liqasında "Real"a qarşı oynadığım gün idi. Zidan mənə formasını imzalayıb verdi. Amma Rotimi həmin formanı da eyni üsulla satdı".

"Rotimiyə görə futbolçu dostum Sonqo ilə münasibətlərimiz pozuldu. Çünki onun oğlunun oyun pultlarını oğurlamışdı. Bu azmış kimi, Rotimi komanda yoldaşlarımdan xatirə üçün topladığım butsı dolu çantanı da satdı".

Fanat.az