"Beşiktaş"ın sabiq oyunçusu Ahmet Dursun yenidən futbola qayıdıb. Fanat.az xəbər verir ki, 38 yaşlı veteran futbolçu bu dəfə İstanbulun həvəskarlar liqasında çıxış edəcək.
"Xəzər Lənkəran"da da çıxış etmiş Dursun "Büyükderespor"la anlaşıb. O, bu kluba dostu Evren Turhanın xahişi ilə transfer olunub.
Qeyd edək ki, Ahmet Dursun sonuncu dəfə 2014-cü ildə "Eyupspor"da çıxış edib.
Fanat.az