Afrikalı futbolçulardan ibarət ilin rəmzi komandası

Afrikalı futbolçulardan ibarət ilin rəmzi komandası

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2021-ci ilin Afrika zonası üzrə rəmzi komandasını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "11-lik" 3-3-4 taktiki sxemi ilə formalaşdırılıb.

Rəmzi komandaya Misirin "Əl-Əhli" komandasının Cənubi Afrika Respublikasından olan baş məşqçisi Pitso Masimane başçılıq edir.

Siyahıda yer alan futbolçuların adlarını təqdim edirik:

Qapıçı: Eduard Mendi (Seneqal / "Çelsi", İngiltərə) Müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş / PSJ, Fransa), Kalidu Kulibali (Seneqal / "Napoli", İtaliya), Ali Maalul (Tunis / "Əl Əhli", Misir) Yarımmüdafiəçilər: Amadu Aydara (Mali / "Leyptsiq", Almaniya), İdrissa Geye (Senegal / PSJ, Fransa), Frank Kessye (Kot d İuvar / "Milan", İtaliya) Hücumçular: Riyad Mahrez (Əlcəzair, / "Mançester Siti", İngiltərə), Məhəmməd Salah (Misir / "Liverpul", İngiltərə), Sebastyen Alle (Kot d İuvar / "Ayaks", Niderland), Sadio Mane (Seneqal / "Liverpul", İngiltərə).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər