Afrika Futbol Konfederasiyasına yeni prezident seçildi

Afrika Futbol Konfederasiyasına yeni prezident seçildi
Afrika Futbol Konfederasiyasına (CAF) prezident seçkiləri keçirilib.
Fanat.Az "France Presse" nəşrinə istinadən xəbər verir ki, Patris Motsepe qurumun yeni prezidenti seçilib.
O, bu vəzifədə 2020-ci ilin sonunda korrupsiya ittihamı ilə futboldan kənarlaşdırılan Madaqaskar əsilli Əhməd Əhmədi əvəzləyib.
Cənubi Afrika Respublikasından (CAR) olan 59 yaşlı funksioner qarşıdakı 5 il müddətində CAF-a rəhbərlik edəcək.
Qeyd edək ki, Motsepe ölkəsinin tarixindəki ən varlı iş adamlarından biridir. O, CAR prezidenti Siril Ramaposun kürəkənidir. Motsepe həmçinin yerli "Mamelodi" klubunun sahidir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər