Adil Şükürov: "Futbolçularıma təşəkkür etdim"

Adil Şükürov: "Futbolçularıma təşəkkür etdim"

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında "Zirə"ni 5:1 hesabı ilə darmadağın edən "Qəbələ" adını yarımfinala yazdırıb. 

Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Adil Şükürov oyunla bağlı fikirlərini səsləndirib.

"Belə məğlubiyyətdən sonra danışmaq çətindi. Yeni bir komanda olaraq göründü ki, iki cəbhədə oynamağa gücümüz çatmadı. Çalışacağıq fikrimizi çempionata yönəldək və istədiyimiz nəticəni qazanaq. Bu gün xeyli zədəli futbolçularımız var. Məcburən də bu heyətlə oynamalıyıq. Onların sağalmasını gözləməliyik". 

- 17-ci dəqiqədən sonra hesab 3:0 olanda özünüzü necə hiss etdiz?

- Əlbəttə ağır idi. Çalışdıq ki, komandanı 17-ci dəqiqədən sonra komandanı ruhlandıraq. Bunun da nəticəsi kimi, 1 qol vura bildik.

- 2 oyuna komandanız "Qəbələ"dən 7 qol buraxıb...

- Komandamızı avrokuboklara kökləməmişik. Futbolçularımız peşəkar olduğu üçün işlərinə əsuliyyətlə yanaşırlar. 2 oyuna 7 qol buraxmağımız adama ağır gəlir. Yaddan çıxaramaq ki, biz "Qarabağ"la oyundan gəlirik. İlk oyunda Bonillanın zədəsi var idi. Şemonayev də "Qarabağ"la oyunda zədələnmişdi. Nicat Qurbanovun qızdırması var idi. Başqa oyun da olsaydı, yenə bu heyətlə oynayacaqdıq.

- Belə böyükhesablı məğlubiyyət sizi düşünməyə vadar edirmi?

- Biz əvvəl gündən demişik ki, yeni komanda olduğumuz üçün heyətimizi möhkəmləndirməliyik. Cavan oyunçularımıza gəldikdə isə, onların Premyer Liqa təcrübələri yoxdu. Onların üstünə getməklə gəncləri sındırmaq olmaz.

- Premyer Liqanın növbəti turunda yenə "Qəbələ" ilə qarşılaşacaqsız. Bu məğlubiyyətin əvəzini çıxmaq mümkün olacaqmı?

- Soyunub-geyinmə otağında futbolçularıma təşəkkür etdim. Bizim üçüm kubok başa çata çatdı. Oyunçularım əllərindən gələni etdilər. İstəməzdik ki, belə böyük hesab olsun. Belə məğlubiyyətin əvəzini çıxmaq bizim üçün vacibdi.

- 5 qol buraxan komandaya təşəkkür düşür?

- Meydanda olanlar daha az şans qazananlar idi. Onlara əlavə nəsə demək olmaz. Futbolçuların gələcəyini fikirləşməliyik. Təbii ki, gələcəkdə irad bildirəcəyik. Uşaqları növbəti oyuna kökləmək lazımdı.

- Bonillaya xarici klublardan təklif varmı?

- Bonillanın bizimlə müqaviləsi var. Sözləşmənin müddətinin başa çatacağına qədər bizdə qalacaq. Yaxşı təklif gələcəyi halda, bu barədə rəhbərlik qərar verə bilər.

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər