"Çelsi"nin sahibi Roman Abramoviçin klubla bağlı gələcək planları açıqlanıb.
Fanat.Az xəbər verir ki, rusiyalı milyarderin həyata keçirmək istədiyi ən böyük arzusu ilə bağlı "The Atletic" nəşri məqalə yayımlayıb.
"Vision 2023" (Neftdən asılılığın aradan qaldırılması) layihəsinin üzvü olan Abramoviç gələcəkdə klubun heyətinin yalnız akademiya yetirmələrindən ibarət olmasını istəyir və futbol biznesinə daha çox diqqət ayırmaq niyyətindədir.
Yazıda bildirilir ki, Abramoviç gələcəkdə öz klubunun yetirmələrindən ibarət heyətlə dünya futboluna hakim olmaq arzusundadır.
Xatırladaq ki, bu yay "transfer pəncərəsi" dönəmində "Çelsi" klubu futbolçu alışına 780 milyon avro pul xərcləyib.
Emin Şəmsiyev