"Abbasov italyanca anlamır, ona necə futbol öyrədə bilərəm?!" - Bordin

"Abbasov italyanca anlamır, ona necə futbol öyrədə bilərəm?!" - Bordin
"Sumqayıt"la oyundan sonra "Neftçi"nin baş məşqçisi Roberto Bordin mətbuat konfransında fikirlərini bildirib.
 
Fanat.az xəbər verir ki, italyan mütəxəsis qələbəni şərh etməklə yanaşı, oyunda baş verənlərə də toxunub: "Gərginlik son dəqiqəyə qədər davam etdi. Oyuna yaxşı başlamadıq. Buraxdığımız qoldan sonra özümüzə gəldik. Əsəbi idik. Qol vəziyyətlərini qaçırdıqca gərginlik yaranırdı. Asan qələbə olmadı. Buna görə futbolçularımı təbrik edirəm. Antonun söyüş söyməsini kimsə eşitməyib, bunu rəqib iddia edir. Hamı nəyin baş verdiyini gördü. Oyunun sonları gərgin məcrada keçdi. Xaos yaranmışdı. Mənim özümü də itələdilər. Nəyin baş verdiyini anlamaq olmurdu. Araşdırma aparacağıq. Belə vəziyyətdə Antonu və ya "Sumqayıt"ın qovulan futbolçusunu günahlandırmaq olmaz.
İlk növbədə onu deyim ki, mən heç kimə ağıl öyrətmirəm. Ayxan Abbasov italyanca da anlamır. Mən ona necə futbol öyrədə bilərəm?! O vəziyyətdə sadəcə, futbolçularımı sakitləşdirmək istəyirdim. Uduzandan sonra bizi günahlandırmaq lazım deyil. Hamı öz evinin içinə baxmalıdı. Ayxan Abbasov öz futbolçularına diqqət etsə yaxşı olar. Çempionatda qarşılaşdığımız hər bir komanda bizim rəqibimizdi. Bu gün "Sumqayıt"la oynayırdıq, rəqibimiz onlar idi. Etibar Tarverdiyevin rəqib baş məşqçini vurduğunu da görməmişəm. Antonu da vurdular. Onu da demək lazımdı. 
 
Azarkeşlər futbolun bəzəyidi. Təəssüf ki, bu gün fanatlar öz dəstəklərini hiss etdirmədilər. Onları da başa düşürəm, son nəticələr ürəkaçan olmadı. Avropa Liqasındakı məğlubiyyət azarkeşləri küsdürdü. Ötən il fanatlarla tez-tez görüşürdük. Bu il sıx qrafikə görə hələ mümkün olmayıb. Çox istərdim ki, fasilədə belə bir görüş baş tutsun. "Fair-play" oyunboyu qorunub. Hər dəfə bu prinsiplərə hörmət olundu. Amma hər dəfə futbolçu yerdə qalanda bu düzgün deyil. Transferlə bağlı yenilik yoxdu. Donald Gerye ilə bağlı da konkret nəsə yoxdu. Rəhbərliklə görüşəcəyik. Fasilə müddətində də yoxlama oyunu nəzərdə tutulmayıb". (Sport7.az)
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər